Bazar ertəsi, 29 Aprel

Rusiya Fransadakı viza mərkəzlərini bağlayıb

image

Rusiyanın Fransadakı səfirliyi noyabrın 24-dən viza mərkəzlərinin bağlanacağını açıqlayıb. Viza almaq üçün Rusiya konsulluğu, Villefranche-sur-Mer şəhərindəki Rusiya kansleri, Strasburq və ya Marseldəki baş konsulluqla əlaqə saxlamaq lazım gələcək.

Xəbər verilir ki, Rusiyanın viza mərkəzləri Paris, Marsel, Nitsa və Strasburqda fəaliyyətini dayandıracaq.

Qeyd olunur ki, viza üçün ziyarətçilər yalnız elektron qeydiyyat yolu ilə qəbul edilir.

2023-cü il avqustun 1-dən Rusiya elektron vizaların verilməsinə başlayıb və bu vizalarla xarici vətəndaşlar Rusiya Federasiyasında 16 gün qala bilərlər. xatırladaq ki, 2022-ci ilin sentyabrında Avropa İttifaqı Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırıb. Daha sonra xidmət haqqı 35 avrodan 80 avroya, ərizə formalarına baxılma müddəti isə 15 gündən 45 günə yüksəldilib. Avropa İttifaqının 9 ölkəsi də Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsini dayandırıb.

Onların arasında Estoniya, Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Danimarka, Belçika və Hollandiya var.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55