Cümə axşamı, 02 May

Həbsdə olan Dilan Polat hamilədir? - FOTO/VİDEO

image

Çirkli pulların yuyulmasında ittiham olunan sosial media fenomeni Dilan Polatdan xəbər var.

Xəbər verilir ki, onun hamilə olduğu ilə bağlı iddialar yayılıb.

Buna səbəb Dilanın tez-tez yüksək təzyiq problemi yaşaması olub. Fenomenin yaxın rəfiqəsi Canan Toprak onu həbsdə ziyarət edib. Bundan sonra sosial şəbəkə hesabında Polat haqqında yayılan iddialara açıqlama gətirib.

Canan onun hamilə olduğunu təkzib edib:

"Bu gün Dilanla vəkil rəfiqəmiz Gözde görüşüb. Bunu qeyd edim ki, Gözde, Dilanın və ya mənim vəkilim deyil. Biz sadəcə dostuq. Ötən gündən bəri ürəyimdə hüzursuzluq var idi. Dilanın yanına girə bilməsəm də, ora getmək mənə çox yaxşı gəldi.

Rəfiqəmiz vəkil olduğu üçün qanuni şəkildə yanına girə bildi. Dilan "Mənim üçün narahat olan hər kəsə sevgimi göndərirəm. Dualarını səkik etməsinlər. Uşaqlarım üçün çox darıxmışam" deyib. Həbsxanaya girdiyi ilk günlərlə müqayisədə indi səhhəti daha yaxşıdır. Hamilə olması ilə bağlı yayılan xəbərlər isə yalandır. Dilan hamilə deyil".

Qeyd edək ki, türkiyəli sosial media fenomeni Dilan Polat həyat toldaçı Engin Polatla birlikdə həbs edilib. Onlar çirkli pulların yuyulmasında ittiham edilirlər. 

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15