Çərşənbə axşamı, 30 Aprel

ABŞ-nin Zəngəzurla bağlı hədəfi məlum oldu: “İstəmirlər ki...”

image

ABŞ Zəngəzur dəhlizinin Rusiya və İranın nəzarətində olmasını istəmir.

Xəbər verilir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Vaşinqtonun Ankaranın Cənubi Qafqazda artan rolunu qəbul etdiyini söyləyib:

“ABŞ dövlət katibi Entoni Blinkenin Ankarada türkiyəli həmkarı Hakan Fidanla Yaxın Şərqlə yanaşı, Cənubi Qafqazı da müzakirə etməsi Vaşinqtonun bölgəmizlə bağlı Türkiyənin mövqeyi və rəyi ilə hesablaşdığını göstərir. Əlbəttə, Vaşinqton Bakı və İrəvanla birbaşa danışıqlar apararaq vasitəçi rolunu davam etdirməyə çalışır. Ancaq Vaşinqtonun Türkiyə vasitəsilə də Cənubi Qafqazdakı durumu müzakirə etməsinin əhəmiyyəti var.

Birincisi, Vaşinqton bununla Türkiyənin Cənubi Qafqazda artan rolunu qəbul edir.

İkincisi, Vaşinqton Azərbaycanla yanaşı, Türkiyənin də Ermənistanla münasibətlərinin normallaşmasını istəyir və Ankara ilə İrəvan arasında danışıqların detallarından xəbərdar olmaq istəyir.

Üçüncüsü, Vaşinqton Azərbaycanla Ermənistan arasında imzalanması planlaşdırılan sülh sazişindən sonra bölgədən keçəcək kommunikasiya xətlərinin Rusiya və İranın nəzarətində olmasını istəmir. Çünki bu kommunikasiya xətləri uzaq Şərqi Cənubi Qafqaz üzərindən ABŞ-nin müttəfiqləri – Avropa ölkələri ilə birləşdirməlidir.

Bütün bu mövzularla bağlı Vaşinqtonun Ankara ilə davamlı dialoqunu davam etdirməsinə ehtiyac var”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42