Çərşənbə axşamı, 30 Aprel

Universitetlər bu şəhərlərə köçürülməlidir - Əhmədov

image

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının təsdiq olunmasında əsas məqsəd həm də şəhərin tıxac probleminin həll olunmasıdır.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

V.Əhmədovun sözlərinə görə, bunun üçün ilk növbədə mərkəzdə yerləşən universitetlər köçürülməlidir:

“Çünki tələbələrin əksəriyyəti universitetlərə şəxsi avtomobilləri ilə gəlir. Şəhərin yükünü azaltmaq və tıxac problemini həll etmək üçün universitetlər Abşeron və Qaradağ rayonuna köçürülməlidir. Çünki digər şəhər və rayonların əksəriyyətində universitet var. Qardağ və Abşeron rayonlarında universitet şəhərcikləri də yaradılmalıdır. Orada kifayət qədər boş yerlər var. Əhalinin gediş-gəlişi üçün də əlverişlidir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42