Bazar ertəsi, 29 Aprel

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Hansı maşınlara maraq artıb? - VİDEO

image

Elektromobillərin istifadəsi ekoloji çirlənməyə qarşı arşı mübarizədə ən önəmli amillərdən biridir. Ölkəmizdə bu nəqliyyat vasitələrinə maraq daha da artır. Bu maşınlar dizel və benzinə işləyən avtomobillər kimi havaya külli miqdarda işlənmiş qazları ixrac etmir. Belə avtomobillər səs-küysüz işləyirlər. Lakin bu maşınların da istifadəsində bəzi çətinliklər var. Belə ki, Azərbaycanda sözügedən avtomobillər üçün servis və batereya doldurma məntəqələri azdır.

Xəbər verilir ki, bu barədə nəqliyyat eksperti Samuran Səmədbəyli "Xəbərin olsun" proqramına açıqlaması zamanı bildirib. Ekspert qeyd edib ki, elektromobillər üçün istifadə olunan "litum iom" batereyalarının istehsalı zamanı havaya külli miqdarda işlənmiş qazlar buraxılır:

"Bunların çatışmayan cəhəti ondan ibarətdir ki, dünyanın isti ölkələrinin bir çoxunda bu maşınlardan istifadə üçün bir sıra infrastruktur yoxdur. Öz ölkəmizi götürsək Bakı şəhərini çıxmaq şərtilə digər rayonlarda şarj aparatları demək olar ki yoxdur. Belə avtomobillərin hərəkətə gətirilməsi üçün "litum iom" batereyalarından istifadə olunur. Bu batereyaların istehsalı zamanı havaya külli miqdarda işlənmiş qazlar buraxılır".

Statistikaya əsasən, 2022-ci ildə bu tip avtomobillərin idxalına 10-14 milyon dollar xərclənib, ötən il isə bu rəqəm 86 milyon dollara yüksəlib. 

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55