Çərşənbə, 01 May

PSJ-dən 18 yaşlı futbolçu üçün 50 milyonluq TƏKLİF

image

PSJ Fransanın "Lill" klubunun müdafiəçi Leni Yoro üçün 50 milyon avrodan çox məbləğ təkif etməyə hazırdır.

Məlumata görə, bu barədə "L'Equipe" nəşri yazır.

PSJ 18 yaşlı mərkəz müdafiəçisini heyətinə qataraq müdafiə xəttini gücləndirməyi planlaşdırır.

Parislilər artıq prosesə hazırlaşır. Onlar bunu indi tam köçürmə və ya satın alma seçimi ilə icarə kimi strukturlaşdırmaq istəyirlər.

"Lill"in prezidenti Olivier Letanq daha əvvəl klubun qışda potensial transferi müzakirə etməkdən imtina etdiyini bildirib.

Məlumata görə, Yoro özü "Bayern", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Real Madrid", "Çelsi", "Tottenhem" və "Vest Hem" kimi bir sıra klublarla maraqlanırdı.

Qeyd edək ki, Yoro "Lill"in yetişdirməsidir və bütün karyerasını bu klubda keçirib. Leni bu mövsüm klubda 24 oyunda 3 qol vurub.

Futbolçunun Fransa klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir.

"Transfermarkt" portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15