Cümə axşamı, 02 May

Putin Ərdoğanla nələri müzakirə edəcək? - Fidan AÇIQLADI

image

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı müzakirə ediləcək məsələlər açıqlanıb.

Xəbər verilir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A Haber” kanalına müsahibəsində danışıb.

O bildirib ki, Putinin səfəri çərçivəsində qaz məsələsi, Akkuyu atom elektrik stansiyası layihəsi, taxıl müqaviləsi, Suriya və Qəzza zolağındakı vəziyyətin müzakirəsi planlaşdırılır.

“Burada enerji məsələsi xüsusilə vacibdir. Bildiyiniz kimi, Türkiyə ilə Rusiya arasında enerji resurslarının böyük ticarəti aparılır. Eyni zamanda, Rusiya indi öz növünün ən böyüklərindən biri olan Akkuyu atom elektrik stansiyasını tikir”, – deyə Fidan qeyd edib.

Fidan bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə regional hadisələrin, o cümlədən Qəzza zolağındakı müharibənin müzakirəsi planlaşdırılır.

“Taxıl müqaviləsi hər zaman gündəmimizdədir. Prezidentimiz bu məsələyə böyük önəm verir. Biz Rusiya ilə danışıqlar aparırıq. Biz hazırda bu fürsəti reallaşdırmağa çalışırıq”, – deyə Türkiyə XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, türk mətbutının məlumatına görə, Vladimir Putin fevralın 12-də Türkiyəyə səfər edəcək. Rus KİV-ləri başqa tarixlərin də nəzərdən keçirildiyini bildirib. Putinin köməkçisi Yuri Uşakov açıqlayın ki, Putinin səfəri fevralda baş tutacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15