Bazar, 12 May

DYP sürücülərə MÜRACİƏT ETDİ

image

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

Həmin müraciəti təqdim edir:

“Əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, xüsusilə gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftəsonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, avtomobillərinin texniki sazlığından əmin olmağı, mövsümə uyğun təchiz edilməyən, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlardan daha diqqətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi xahiş edirik”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə həftəsonu Abşeron yarımadasında yağışın sulu qarla qarışıq, ölkənin dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı gözlənilir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44