Çərşənbə axşamı, 23 Aprel

Komitə rəsmisi: “Bullinqə məruz qalan məktəblinin də ləyaqəti alçaldan hərəkətlər etdiyinə dair iddialar var”

image

“Bullinqə məruz qalan qızın 16 yaşı var. Bu videoya baxanda insan çox üzülür. İstənilən davranışın bir hüququ nəticəsi olmalıdır. Əgər şəxsiyyəti alçaldan, fiziki, psixoloji təzyiqlər varsa, bu, cəmiyyətdə xaos yaradır”.

Xəbər verilir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O bildirib ki, faktla bağlı araşdırma gedir və bəzi məqamlar var ki, onlar barədə yekun nəticələrdən sonra danışmaq lazımdır:

“Yeri gəlmişkən bildirmək lazımdır ki, qarşı tərəf özü də bənzər davranışlara yol verib. Zərərçəkən şəxsin daha əvvəllər həmin qızlara qarşı ləyaqəti alçaldan hərəkətlər etdiyinə dair iddialar da var. Lakin bu barədə təfərrüatlı şəkildə araşdırma aparıldıqdan sonra danışmaq mümkündür.

Lakin sosial şəbəkələrdə paylaşılan videoda bir şəxsin digərini cəzalandırdığı və bundan zövq aldığı görünür. Belə başa düşülür ki, həmin uşaqların heç birinin ailəsində düzgün tərbiyə yoxdur”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37