Bazar ertəsi, 29 Aprel

Mask: Ukrayna uduzub və bunu heç nə dəyişməyəcək

image

Ukrayna hakimiyyəti bir il əvvəl sülh sazişi bağlamalı idi, bu, minlərlə insanın həyatını xilas edə bilərdi.

Xəbər verilir ki, bu fikirləri amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində bildirib.

O, Rusiya ilə Ukrayna arasında atəşkəs və sülh danışıqlarının başlanmasının zəruriliyindən bəhs edən yazıya münasibət bildirib.

Mask yazıb ki, Kiyev “uduzub və bunu heç nə dəyişməyəcək”, hətta ABŞ-dan 60 milyon dollar kömək etməyəcək.

O əlavə edib ki, Rusiya “Krımı və şərqi Ukraynanın bir hissəsini özündə saxlayacaq”.

"Bəli. Yeganə sual budur ki, bu reallıq qəbul edilənə qədər nə qədər insan öləcək. Sülh müqaviləsi bir il əvvəl bağlanmalı idi. O vaxtdan bəri minlərlə oğlan boş yerə öldü və Ukraynanın mövqeyi hər gün zəifləyir”, - deyə İlon Mask qeyd edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55