Cümə axşamı, 02 May

Nazir: Məktəblərdə baş verən neqativ hadisələrin səbəblərini öyrənməyə çalışırıq - CANLI YAYIM

image

"Son vaxtlar şagirdlərlə bağlı neqativ hallar baş verməsi barədə məlumatlar yayılır. Nazirlik olaraq baş verən hadisələrin səbəblərini öyrənməyə çalışırıq".

Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlər şagirdlər arasında neqativ hadisələrin baş verməsinə zəmin yaradır.

E.Əmrullayev bildirib ki, baş verən hadisələrin cinayət hadisəsi olmasını hüquq mühafizə orqanları müəyyən edir.
"Əgər onlar hadisənin cinayət əməli olmasını müəyyən edirsə, günahkar şəxslərə cəza verilir. Məhkəmə qərarı olmadan kiməsə cəza verilməsi doğru deyil. İnzibati xəta halı olarsa, aidiyyəti qurum cərimə edilə bilər. Xırda xoşagəlməz hal olanda məktəb rəhbərliyi bunun qarşısını ala bilirsə, məsələ bitmiş hesab olunur.

Nəzərə almaq lazımdır ki, evdə də 2-dən çox övladı olan valideyn mübahisə etdiyi uşaqlarını sakitləşdirməkdə çətinlik çəkir. Bütün hallarda baş verən hadisələrlə bağlı görüntüləri çəkib müəllimlərin üzərinə getməyi düzgün hesab etmirik. Kiminsə arzusu və emosiyasına görə hər hansı təhsil işçisinə qanunvericiliklə nəzərdə tutulmayan formada cəza verə bilmərik. Şüvəlandakı hadisə isə məktəbdə baş verməyib. Aidiyyəti qurumlar bununla bağlı lazımi bütün tədbirləri görür. Nəticəsini də hamı gözləyir. Bir cəmiyyətdə müəllimə qarşı bu formada yersiz təzyiqlər yolverilməzdir", - nazir vurğulayıb.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15