Çərşənbə, 01 May

Neymar Messi ilə yenidən eyni komandada oynamaq istəyir 

image

"Əl-Hilal"ın hücumçusu Neymar "Barselona"dakı və PSJ-dəki sabiq komanda yoldaşı, hazırda "İnter Mayami"də oynayan Lionel Messi haqda danışıb. 

Xəbər verilir ki, 31 yaşlı forvard 36 yaşlı hücumçu ilə yenidən eyni komandada olmaq istədiyini söyləyib: 

“Ümid edirəm ki, yenidən birlikdə oynayacağıq. Messi böyük futbolçudur, bunu hamı yaxşı bilir. Düşünürəm ki, o, Mayamidə hər şeydən razıdır. Leo xoşbəxtdirsə, mən də xoşbəxtəm”. 

Xatırladaq ki, Messi ötən yay azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 17 matçda iştirak edib, 14 qol vurub və 6 qolun ötürməsni edib. Futbolçunun klubla hazırkı müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir. Neymar isə ötən yaydan Səudiyyə Ərəbistanı "Əl-Hilal"ının futbolçusudur. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15