Cümə axşamı, 02 May

167 sərnişini daşıyan təyyarə qəfil alışıb - ANBAAN VİDEO

image

Göyərtəsində 167 sərnişin olan "United Airlines"a məxsus təyyarənin mühərriki havaya qalxdıqdan yarım saat sonra yanıb.

Xəbər verilir ki, baş verən hadisə anbaan videoda çəkilib.

Hadisənin bazar ertəsi, martın 4-də Hyustondan ABŞ-in Fort Mayer şəhərinə uçan təyyarədə baş verdiyi bildirilir. İnternetdə yayımlanan və şahidlər tərəfindən lentə alınan görüntülərdə alovların mühərrikdən çıxdığı görünür.

Devid Qruninger adlı sərnişin bildirib ki, pəncərədən parlaq yanıb-sönən işıq gəlirdi:

"Bomba partlayığına bənzəyirdi, sonra isə sadəcə alov parladı".
Onun sözlərinə görə, kabinədə dərhal xaos başlayıb:

"İnsanlar qışqırır və ağlayır, nə baş verdiyini anlamağa çalışırdılar". 

Təyyarə havaya qalxdıqdan cəmi 33 dəqiqə sonra geri dönüb və Hyuston hava limanına enib. Bir neçə saat sonra daşıyıcı sərnişinləri başqa təyyarə ilə Fort Mayersə aparıb.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15