Çərşənbə axşamı, 30 Aprel

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazandılar

image

Azərbaycan atıcıları Almaniyanın Dortmund şəhərində keçirilən “ISAS-2024” beynəlxalq turnirində növbəti dəfə fəxri kürsüyə qalxıblar.

Xəbər verilir ki, 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında Nigar Nəsirova və Ruslan Lunyov tandemi qızıl medal qazanıblar.

Eyni növdə qüvvəsini sınayan Elvin Astanov və Xanna Əliyeva cütlüyü isə ikinci yeri tutublar.

Qeyd edək ki, bundan öncə Azərbaycan millisinin üzvü Xanna Əliyeva pnevmatik tapançadan atəşaçmadan 235.2 xalla ikinci yeri tutaraq gümüş mükafata yiyələnib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42