Bazar ertəsi, 13 May

Rusiya və Çinin ABŞ-a qarşı hərbi ittifaqı sübut olundu

image

Rusiya və Çin Amerikanı öz geosiyasi maraqlarının kəsişdiyi bölgələrdən sıxışdırıb çıxartmaq üçün hərbi ittifaq qurub.

Xəbər verilir ki, bu barədə almaniyalı politoloq Yoahim Krause “Die Welt” nəşrinə açıqlamasında bildirib.

Politoloqun fikrincə bir neçə fakt, iki ölkənin ittifaqının artıq reallığa çevrildiyini deməyə əsas verir. Bunu Çinə tədarük olunan ən yeni silah növlərindən, keçirilən birgə təlimlədən görmək mümkündür. Üstəlik Rusiya “S-400” raket kompleksini və “Su-35” qırıcılarını yerləşdirib və Çinin hava hücumundan müdafiə sisteminin yaradılmasında iştirak edir.

Politoloq hesab edir ki, Moskva 2021-ci ilin aprel ayında Ukrayna sərhədləri yaxınlığında qoşunların sayını artırarkən, Pekin Tayvana təzyiqə başladı. Bu şübhəsiz ki, Çinin Rusiyaya hərbi dəstək verməyə hazır olduğuna işarə idi. Politoloq deyir ki, Rusiya və Çin arasında hərbi ittifaqın yaranması iki ölkənin ümumi maraqlarından irəli gəlir. Onların əsas düşməni isə hərbi ittifaqlarını artıran Amerika Birləşmiş Ştatlarıdır.

“Global Firepower Index”ə görə Rusiya və Çin ABŞ-dan sonra dünyanın ən güclü silahlarına malik ikinci və üçüncü ölkələrdir.  Beləliklə də Moskva və Pekinin hərbi ittifaqı həm nüvə silahlarında, həm də ümumi silah təchizatında ABŞ-ı qabaqlamağa imkan verir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44