Çərşənbə axşamı, 30 Aprel

Azər Bağırov istefaya göndərildi

image

"Araz-Naxçıvan” baş məşqçisi Azər Bağırovla yollarını ayırıb. Bu barədə Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusifov məlumat verib.

Onun sözlərinə görə, 40 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib: "Dünənki oyundan sonra rəhbərliyin görüşü oldu, müzakirə aparıldı. Qarşılıqlı razılıq əsasında baş məşqçi ilə yollarımızı ayırmaq qərarına gəldik”.
Ətraflı

İcraçı direktor komandanın son vaxtlar Premyer Liqadakı nəticələrinin istefaya səbəb olduğunu gizlətməyib: "Komandanın son durumu məlumdur. Mövsümə yaxşı başlamışdıq. Lakin son vaxtlar "qara zolağ”a düşdük. Uzun müddət vəziyyətdən çıxmağa çalışdıq. Sonda yolların ayrılması məqsədəuyğun bilindi”.

Qeyd edək ki, "Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında I Divizionun çempionu olub. Komanda 29 turdan sonra 32 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42