Bazar ertəsi, 29 Aprel

Milyarder qadın bankın pulunu mənimsədi, cəzası ağır oldu

image

Vyetnam məhkəməsi “Van Thinh Phat” şirkətinin rəhbəri xanım Çionq Mi Lanı fırıldaqçılıqda, bankçılıq qaydalarını pozmaqda və rüşvət verməkdə təqsirli bilərək ölüm cəzasına məhkum edib.

Xəbər verilir ki, Hoşimin Şəhər Məhkəməsinin qərarına görə, Çionq Mi Lanın saxta sövdələşmələrlə və sənədlərlə Sayqon Kommersiya Bankına 677 trilyon Vyetnam donq (27 milyard ABŞ dolları) ziyan vurub. Məhkəmə onun banka 673,8 trilyon donq kompensasiya ödəməsinə də qərar verib.

Bildirilir ki, “Van Thinh Phat” şirkətinin rəhbəri hökumətin Sayqon Kommersiya Bankının restrukturizasiya planı çərçivəsində 2 kreditorunun birləşməsindən sonra bankdan külli miqdarda pul əldə edib. Çionq Mi Lan digər şəxslər vasitəsi ilə bankın səhmlərinin 91,5 faizinə nəzarəti ələ keçirdikdən sonra bankın rəhbərliyinə “Van Thinh Phat” şirkətinin törəmə firmalarına kredit verməyi əmr edib. Bu yolla 2012-2022-ci illərdə təxminən 2 500 kreditləşmə həyata keçirilib. Çionq Mi Lan saxta əməliyyatları ört-basdır etmək üçün Vyetnam Mərkəzi Bankının müfəttişinə 5,2 milyon dollar, onun rəhbərinə isə 300 min dollar rüşvət verib.

Qeyd edək ki, Hoşimin Şəhər Məhkəməsi Çionq Mi Lanın əri, honkonqlu daşınmaz əmlak maqnatı Erik Çunu də həmin məsələdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42