Bakıda maşın bazarında güclü yanğın baş verib
Bakıda maşın bazarında güclü yanğın baş verib
Babək prospektində fəaliyyət göstərən maşın bazarında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı”nın ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub və mağazada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Aftafa.tv