Bazar ertəsi, 29 Aprel

İlon Mask tam ştatlı işçilərin 10%-ni ixtisar edəcək

image

ABŞ-nin elektrik avtomobil istehsalçısı “Tesla” növbəti üç ay ərzində işçi qüvvəsini 10% ixtisar etməklə yanaşı, daha çox vaxtamuzd işçilərə üstünlük verəcək.

Bu barədə “Tesla”nın baş direktoru İlon Mask məlumat verərək şirkətin işçilərinin çox sürətlə artdığını qeyd edib.

Beləliklə, “Tesla” işçilərinin ümumi sayı təxminən 3,5% azalacaq. O əlavə edib ki, tam ştatlı maaşlı işçilər “Tesla”nın işçi qüvvəsinin təxminən üçdə ikisini təşkil edir.

İlon Mask ixtisarların super ciddi məsələ olmadığını deyib və “Tesla”nın bir il ərzində daha çox tam zamanlı və vaxtamuzd işçilərə sahib olacağını gözləyir.

Qeyd edək ki, bu gün bütün dünyada “Tesla” işçilərinin sayı 99,29 min nəfərdir.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42