Çərşənbə axşamı, 30 Aprel

Fransa açıq düşmənçiliyə keçdi - Səfirin geri çağırılmasının pərdəarxası

image

Fransa rəhbərliyi ölkənin Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib. Fransanın Xarici İşlər Nazirliyinin açıqlamasından sonra prezidenti Emmanuel Makronun artıq səfir Ann Boyonla görüş keçirdiyi vurğulanıb. 

Mövzu ilə bağlı danışan politoloq Oqtay Qasımov bildirib ki, bu addım rəsmi Parisin Azərbaycana olan aqressiv yanaşmasından xəbər verir:

“Fransa 44 günlük müharibədən sonrakı 3 il yarım müddətində bütün fəaliyyətini anti-Azərbaycan siyasəti üzərində qurub. Azərbaycanla bağlı beynəlxalq səviyyədə həm mənfi mənada ictimai rəy yaratmaq, həm də imkan və təsiri olduğu bir çox qurumlarda əleyhimizə qərar çıxartmaq Fransanın çoxdankı adətidir. 

Ən azı 5 dəfə BMT Təhlükəsizlik Şurasında Fransa Azərbaycanla bağlı məsələləri müzakirəyə çıxarıb. Keçən ilin avqust və sentyabr aylarında bunlardan ikisinin şahidi olduq. 

Xatırlayırsınızsa, 2023-cü ilin iyul ayında Laçında dövlət sərhəd-buraxılış məntəqəsinin yaxınlığında Fransanın təşkilatçılığı ilə humanitar şou başlandı. Onlar Azərbaycana təzyiq göstərməyə çalışırdılar. Bundan başqa, bir müddət Avropa İttifaqının vasitəçilik missiyasında bir neçə dəfə Fransa prezidentinin iştirakını gördük. 

Emmanuel Makron dəfələrlə mətbuata verdiyi açıqlamalarda Azərbaycanla bağlı iftira, böhtan və qəbuledilməz ifadələr səsləndirib. Bu isə Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub. Eyni zamanda, Azərbaycan Fransanın vasitəçiliklə bağlı məsələlərdə iştirakını qəbul etməyəcəyini açıqlanıb”. 

Politoloq Fransanın bölgədə sabitliyi pozmaq məqsədi ilə Ermənistanı təhrik edən başlıca dövlət olmasını da qeyd edib:

“Xüsusilə 2023-cü ilin sentyabr ayında baş tutan anti-terror əməliyyatlarından sonra Fransanın Azərbaycana qarşı qəzəbi daha da artdı. Son 1 ildə Ermənistanı revanşa həvəsləndirən və silahlandıran əsas ölkə məhz Fransadır. Fransanın Azərbaycandakı səfirinin keçən ilin yayında beynəlxalq təşkilatların və Bakıda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə əlaqə saxlayaraq, onların işğaldan azad olunmuş ərazilərə səfərləri ilə bağlı mane olması ilə bağlı məlumatlar yayılıb. Fransanın Azərbaycandakı səfirliyində bir neçə diplomat öz vəzifələri ilə deyil, casusluq fəaliyyəti ilə məşğul olmaları ifşa edilib. 

Bunların hamısı iki ölkə arasındakı münasibətlərə mənfi təsir edən amillərdəndir. Parisin cənubi Qafqazdakı planlarının pozulmasında əsas aktor Azərbaycandır və bu Fransanı qəzəbləndirir. Səfirin geri çağırılması da bu amillərdən doğan bir məsələdir”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42