Çərşənbə, 01 May

“Xəstəliklərin yaranması həm də su ilə bağlıdır”

image

“İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır”. 
 
Xəbər verilir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda keçirilən birgə ictimai dinləmədə deyib.
 
Deputat qeyd edib ki, ürək-damar xəstəlikləri, onkologiya və s. bu kimi böyük patalogiyaların baş verməsi, ətraf mühit, ekoloji problemlərlə bağlıdır: “Bundan əlavə, bir çox xəstəliklərin yaranması həm də su ilə bağlıdır. Planetimizdə 5 nəfərdən 1-i içmək üçün çirklənmiş sudan istifadə edir. Bunlar isə yoluxucu xəstləliklərin, epidemiyaların yaranmasına gətirib çıxarır. Bu, bizim ölkəmiz üçün də aktualdır. Azərbaycan dünyada ən az meşə örtüyü olan ölkələrdəndir. Ölkəmizdə cəmi 10 % meşə örtüyü var”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42