Çərşənbə, 01 May

Çempionlar Liqası: “Real Madrid” yarımfinala yüksəldi

image

İspaniyanın “Real Madrid”i Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin “Mançester Siti”sini penalti seriyasında yenərək turnirin yarımfinalına vəsiqə qazanıb.

Xəbər verilir ki, oyunun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Matçda “Real Madrid”dən Rodriqo (12), “şəhərlilər”dən isə De Bröyne (76) fərqlənib. Əsas vaxt bərabərə bitdiyindən (ilk oyunda 3:3 hesablı heç-heçə olub) mübarizə əlavə vaxtda davam edib.

Matçın əlavə vaxtında Pep Qvardiolanın yetirmələrinin nəhəng üstünlüyünə baxmayaraq, hesabı dəyişmək mümkün olmayıb. Penalti seriyasında isə madridlilər “Mançester Siti”dən üstün olub – 4:3.

Xatırladaq ki, daha öncə “Bavariya” – “Arsenal” matçında münasibətlərə aydınlıq gətirilib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15