Çərşənbə, 01 May

Anaya başqasının körpəsini verdilər

image

İngiltərədə qəribə hadisə baş verib.

Xəbər verilir ki, Meysi Bet adlı ana İzabelli dünyaya gətirdikdən sonra körpənin fototerapiyaya ehtiyacı olduğu üzə çıxıb.

Körpə 2 saatdan bir nəzarət edilən otağa yerləşdirilib. Ana uşağı götürmək üçün ora çağırılıb. Ona verilən körpəni yenidən palataya aparıb və uşaq bezini dəyişməyə başlayanda başqasının oğlunu qucağında tutduğunu anlayıb.

İş materiallarında olan məlumata görə, tibb bacısı 22 yaşlı Betin oğlanın anasına oxşadığını və buna görə çaşdığını bildirib.

Hadisə ilə bağlı “University Hospitals Dorset NHS Foundation Trust”ın internet saytında verilən açıqlamada deyilir:

“2023-cü ilin sentyabrında doğum şöbəmizdə körpənin səhv anaya verilməsi ilə bağlı bir hadisəni araşdırırıq. Yaranan narahatlığa görə dərin təəssüf hissi keçirir və zərərçəkmiş ailələrə tam dəstək verməyə hazırıq".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42