“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna lideri Volodimir Zelenski ilə bağlı maraqlı bir iddia irəli sürüb.
Xəbər verilir ki, bu barədə “Telegram” kanalından paylaşım edən Medvedev Qərbin Zelenskini aradan götürəcəyini iddia edib.
Medvedev Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağa çalışan bir şəxsin Polşada həbs edilməsi ilə bağlı xəbərə “Zelenskiyə qarşı sui-qəsd ola bilər”, - şəklində reaksiya verib.
“Bu, ola bilsin ki, Qərbin onu aradan qaldırmaq qərarına gəldiyinin ilk sübutu ola bilər”, - deyə o bildirib.
Aftafa.tv