Şənbə, 29 İyun

Kemeron Poroşenko bildiyi şəxslə görüntülü danışdı

image

Özünü Ukraynanın keçmiş Prezidenti Petr Poroşenko kimi təqdim edən bir şəxs Böyük Britaniyanın xarici işlər naziri Devid Kemerona zəng edərək onu aldatmağa cəhd edib.

Xəbər verilir ki, bu barədə məlumatı “The Times” yayıb. 

Bildirilir ki, Kemeron həmin şəxslə mesajlaşıb və telefonla görüntülü qısa danışıq aparıb. Məlumata görə, Poroşenko olduğunu iddia edən şəxs Kemerondan digər şəxslərin əlaqə məlumatlarını istədikdə, Britaniyanın XİN rəhbəri vəziyyətdən şübhələnməyə başlayıb.

Hadisənin son günlər baş verdiyi qeyd olunub. Britaniya XİN faktı təsdiqləsə də, həmin şəxsin nazirlə necə əlaqə saxlaya bildiyi və onun əslində kim olduğu barədə detalları açıqlamayıb. 

Xatırladaq ki, P.Poroşenko 2014-2019-cu illərdə Ukrayna Prezidenti olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Neft BAHALAŞDI

  • 29.06.2024 - 16:55
image

Putin nədən narazıdır?

  • 28.06.2024 - 15:33
image

Yasamalda qaz olmayacaq

  • 27.06.2024 - 10:35
image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14