Cümə, 05 İyul

Amerika Kuboku: 1/8 final mərhələsinə adlayan sonuncu komandalar bəlli oldu

image

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsində sonuncu görüşlər keçirilib.

Xəbər verilir ki, D qrupunda qərarlaşan Braziliya millisi Kolumbiyanı yığmasını, Kosta-Rika isə Paraqvayı qəbul edib.

Braziliya - Kolumbiya oyununda bərabərlik qeydə alınıb. Matçın 12-ci dəqiqəsində Rafinya Braziliya komandasını irəliyə çıxarsa da, 45+2-ci dəqiqədə Daniel Munyos Mexiya bərabərlik qolunu vurub – 1:1.

Kosta-Rika - Paraqvay oyununda isə üç qol vurulub. Matçın üçüncü dəqiqəsində Fransisko Kalvo, cəmi dörd dəqiqə sonra isə Xosimar Alkoser fərqləniblər – 2:0. Paraqvayın oyunçusu Ramon Sosanın oyunun 55-ci dəqiqəsində vurduğu qol isə sonuncu olub – 2:1.

Beləliklə, aktivində 7 xal olan Kolumbiya və 5 xal qazana bilmiş Braziliya 1/8 final mərhələsinə adlaya biliblər. Kosta-Rika 4 xalla qrup üçüncüsü olub, Paraqvay isə xal toplaya bilməyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15