Çilidə güclü zəlzələ oldu
Çilidə güclü zəlzələ oldu
Çilidə 5,5 maqnitudada zəlzələ baş verib.
Xəbər verilir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 143 min nəfər əhalisi olan Kalama şəhərindən 70 km cənub-şərqdə, zəlzələ ocağı 105 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.
Aftafa.tv