Bazar ertəsi, 13 May

Revanşist davranış Ermənistanı uçuruma aparır

image

Bölgədən yayılan xəbərlərdən, paylaşılan videolardan Ermənistan hərbçilərinin Azərbaycanla dövlət sərhədini məqsədli şəkildə pozmağa cəhd göstərdiyi aydın olur. Sərhəd xəttində baş verənlər bir daha sübut edir ki, İrəvandakı bəzi qüvvələr 44 günlük İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətdən nəticə çıxarmaq istəmirlər. 

Hələ ki, Azərbaycan tərəfi humanizm nümayiş etdirərək baş verənlərə soyuqqanlılıqla yanaşır.

İrəvanda revanş xəyalı ilə yaşayan qüvvələr anlamalıdır ki, İkinci Qarabağ müharibəsi Ermənistanın həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan iflası ilə nəticələndi. Buna baxmayaraq, xalq yalançı şüarlarla, əsassız iddialarla aldadılır, müxtəlif təxribatlar törətməyə maraq göstərilir. Görünən odur ki, revanşist fikirlər səsləndirən erməni hərbi və siyasi qruplarında analitik təfəkkür daşıyıcıları sarıdan ciddi korluq çəkilir. Belə olmasaydı, ölkələrinin imkanlarını, torpağına göz dikdikləri dövlətin hansı iqtisadi və hərbi gücə sahib olduğunu təhlil edib, başlarından yekə hədəflər müəyyənləşdirməzdilər.

Bu müharibə açıq şəkildə göstərdi ki, müqayisəolunmaz dərəcədə güclü tərəf Azərbaycandır.  Kortəbii üsullarla guya hansısa nəticələr əldə edəcəklərini düşünənlər fərqində deyillər ki, Azərbaycanın bircə ciddi həmləsi kifayət edər ki, dayaqları onsuz da sarsılmış Ermənistan dövləti öz mövcudluğunu tamamilə itirsin. 

Həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən proseslər fonunda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın xarici hərbi bloklara, siyasi təşkilatlara və güclü dövlətlərə müraciətlərinin cavabsız qalması bir daha göstərdi ki, hazırda rəsmi İrəvanı dəstəkləyəcək real xarici güc yoxdur. Bir tək Fransanın cığal davranışları da prosesin gedişatına hər hansı təsir göstərə bilmir. Üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistana hərbi kömək etməkdə maraqlı olmadı, yalnız loyal bəyanatlarla kifayətləndi.

Erməni siyasətçilərin özləri də etiraf edirlər ki, KTMT-yə üzv olan ölkələrin hamısının Azərbaycanla isti münasibətləri var. Azərbaycan Prezidentinin sözünə və mövqeyinə ciddi önəm verilir, onun iradəsinə zidd addımlar atılmasına maraq göstərilmir.  Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistandakı revanşist qüvvələr mövcud reallıqları doğru-düzgün qiymətləndirməyi bacarmırlar. Görünən odur ki, məsuliyyətsiz davranışları nəticəsində Ermənistanı uçurumun dibinə doğru istiqamətləndirdiklərinin də fərqində deyillər.

Belə bir vəziyyətdə isə Azərbaycan kimi hərtərəfli təmin olunmuş, qüdrətli orduya sahib olan, aparıcı dünya ölkələrinin maraqlı olduğu nəhəng layihələrə rəhbərlik edən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayan bir ölkəyə qarşı revanşist iddialar irəli sürmək, ancaq gülüş doğura bilər.

Bu fikirdə, belə bir həvəsdə olanlar, yaxşı olar ki, ölkələrinin hansı rəzil durumda olduğunu bir daha götür-qoy etsinlər. Əks halda, Ermənistan üçün daha faciəvi hadisələr baş verə bilər. Nəhayət anlamalıdırlar ki, təxribatçı cəhdlərini, ərazilərimizə soxulub minalar basdırmaq və sairə bu kimi terror mahiyyətli davranışlarını davam etdirsələr, Ermənistan bunun bədələni çox ağır ödəyəcək…

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44