Cümə, 26 Aprel

Mediada Əli Həsənov irsi hələ də davam edir? - Jurnalistlərdən etiraz

image

Medianın İnkişaf Agentliyi yaxın günlərdə onlayn mediaya dəstək layihəsi üzrə müsabiqənin qaliblərini elan edib. 39 xəbər saytının yer aldığı siyahının dərc olunması media qurumları arasında çoxdan davam edən ikitirəliyi yenidən alovlandırıb.

Medianın İnkişafı Agentliyi tərəfindən maddi vəsait ayrılacaq veb-saytların siyahısı xüsusilə mübahisəlidir. Azərbaycan xəbər mühitində ciddi çəkisi olmayan, loru dillə desək sözünün kəsəri olmayan bir sıra saytlara maddi yardım ayrıldığı halda ölkənin aparıcı xəbər saytlarının adı siyahıda yoxdur.

Ən təəccüblüsü isə telegraf.com, report.az, konkret.az, afn.az kimi önəmli xəbər saytları əvəzinə bütün günü idman xəbərləri tirajlayan sportinfo.az, football-plus.com kimi saytlara yer ayrılmasıdır. Deyəsən, Medianın İnkişafı Agentliyi medianın inkişafına dəstək vermək vəzifəsini idmana verilən dəstəklə qarışıq salıb. Yoxsa illərini media sahəsinə həsr edən və gecəsini gündüzünə qatan şəxsləri görməzlikdən gəlməyin başqa adı ola bilməz.

Uzun illər media sahəsində çalışan, sifarişlə yazılar yazmayan, azadlığını qoruyub saxlamaq üçün min bir əziyyət çəkən jurnalistlərin əməyinə bu cür biganə münasibət ən kübar formada hörmətsizlik hesab oluna bilər. Bəs media sahəsindəki bu ikitirəliyin səbəbi nədir? Önəmli xəbər saytlarını bu cür cəzalandırmaq kimə və nəyə xidmət edir? Azad mətbuat vaxtilə Əli Həsənovun təklifinə boyun əymədiyinə görəmi indi kənara atılır? Bəlkə, Elnur Allahverdiyev kimi sponsorları olmadığı üçün?

Əli Həsənovun azad medianın başına açdığı oyunlardan sonra içimizdə bir az da olsa ümid qığılcımları yaranmışdısa, son siyahı bunun da üstünə su çilədi. Ölkənin media siyasətini müəyyən edən Altay Həsənovun sələfindən elə də fərqi olmadığını da belə anlamış olduq. Məlum siyahı bir daha göstərdi ki, Əli Həsənovun vəzifədən getməsinə baxmayaraq onun irsi və yetişdirdiyi kadrlar bu gün də mediada at oynadır.

Baş verənlər təkcə Azərbaycan mediasının inkişafına zərər vurmur, həm də ölkənin informasiya təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Bu cür hardan çıxdığı və kimə xidmət etdiyi aydın olmayan saytların və adamların media məkanında yer alması, hələ bunlara əlavə olaraq bir də Medianın İnkişafı Agentliyi tərəfindən maddi vəsaitlə mükafatlandırılmaları özülüyündə bir təhlükədir.

Bəlkə Agentlik rəsmiləri siyahıya daxil etdikləri saytların hansı məqsədə xidmət etdiklərini və medianın inkişafına necə töhvə verəcəklərini bilirlər. Amma bizim məlumatımız yoxdur. Bu cür zəruri məlumatı ictimaiyyətlə paylaşsalar daha məqsədəuyğun olmazdımı? Biz də heç kimin tanımadığı saytların siyahıda olmasının hikmətini anlamış olardıq. Əgər Agentlik rəsmiləri medianın inkişafına töhvə vermək istəyirlərsə, bir zəhmət Əli Həsənov və Vüqar Səfərlinin vaxtından qalmış siyahını yeniləsələr, kimin həqiqətən iş gördüyünü aydınlaşdırsalar daha yaxşı olardı.

Bəlkə də belə yaxşıdır. Dəyərli həmkarımız Aynur Camalın da qeyd etdiyi kimi adlarının ilk dəfə eşitdikləri media qurumları ilə yanaşı çəkilməsi bu saytlar üçün əsl bədbəxtlik olardı.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33