Bazar ertəsi, 13 May

Türk qırıcıları Rusiya qırıcısının qarşısını kəsdi: Şahinlərin savaşı

image

Təcili havaya qalxma əmri verilən türk ordusunun F-16 qırıcısı Rusiya hərbi təyyarəsinin qarşısını kəsib.

Xəbər verilir ki, Aralıq, Baltik və Qara dənizdən Sakit okeana qədər uzanan səhnədə qarşı-qarşıya gələn Rusiya və NATO arasında yeni hava qarşıdurması yaşanıb.

NATO təlimləri məqsədilə Polşaya uçan tür F-16 qırıcıları Malbork hava limanında eniş edib. Qısa müddətdən sonra türk hərbi qırıcılarına təcili havaya qalxmaq əmri gəlib.

Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter hesabında “NATO-nun inkişaf etdirilən hava polisi xidməti üçün Polşaya gedən iki F-16 qırıcımız ilk reaksiyanı Baltik dənizi bölgəsində icra edib” açıqlaması verilib.

Məlum olub ki, türk F-16-ların təcili havaya qalxmasına səbəb Rusiyaya aid İl-38 hərbi təyyarəsi olub. Türk qırıcılar rus hərbi təyyarəsinin qarşısını kəsib. İlkin məluatlara görə, türk və rus qırıcıları Polşa hava sahəsində üz-üzə gəliblər.

Rusiya Müdafiə Nzirliyinə yaxın media raketlə silahlanan F-16 ların İl-38-ə təhlükəli şəkildə yaxınlaşdığın bildirib.

NATO-nun Tvitter səhifəsində isə qeyd edilib ki, Malborkan havaya qalxan türk F-6 lar ilk dəfə önləmə uçuşu həyata keçirib. Bu zaman önü kəsilən rus təyyarəsi haqqənda “bilinməyən” ifadəsi işlədilib.

Qeyd edək ki, hazırda Polşaya uçan Türkiyənin 4 ədəd F-16 qırıcısı sentyabrın ortalarına qədər Şərqi Avropada qalacaq. Burada daha əvvəl İspaniya, Litva və İtaliya qırıcıları xidmət edib

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44