Bazar ertəsi, 29 Aprel

Meyxanaçı Kərimə ağır itki - Ölüm xəbərini ondan niyə gizlətdilər?

image

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimə (Kərim Novruzov) ağır itki üz verib.

Açıqlama verən meyxana ustadı Ağamirzə Kərimin qardaşının dünyasını dəyişdiyini bildirib:

“Kərimdən yaşca kiçik idi. Onun səhhəti Kərimdən də ağır idi, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayağını kəsdilər, böyrəkləri işləmədi, həftədə bir neçə dəfə dializə gedib-gəlirdi. Müalicənin köməyi olmadı, on gün olar ki, rəhmətə gedib”.

Kərimin sağlıq durumuna gəlincə, sənət dostu onun səhhətində müsbət irəliləyiş olmadığını deyib:

“Kərim necə var elədir, səhhətində müsbət dəyişiklik yoxdur. Ümidimiz Allahadır. Heç qardaşının ölümündən də xəbəri yoxdur, o halda deyil ki, ona ağır xəbər versinlər. Kərim heç yaxşı deyil”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55