Bazar, 12 May

Həyətdə oynayan uşaqlara narkotik təklif edildi, DİN hərəkətə keçdi - FOTO

image

Abşeron rayonu, Xırdalan şəhərində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələr təklif edilib.

Xəbər verilir ki, bu barədə vətəndaş Lalə Bağırova sosial şəbəkədə məlumat yayılıb.

O bildirib ki, hadisəyə Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksində şahid olub:

“Bu şəkildə gördüyünüz və kameralarımıza düşməyən 14-15 yaşlarında oğlanlar ötən gecə saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı küçəsinin blok girişləri tərəfdə oynayan uşaqlara “konfet, saqqız” adı ilə ağ həblər təklif ediblər.

Bizim uşaqlar “biz bilirik bunlar nədir” dedikdə, onlar “sizin bilmədiyiniz şeylərdəndi” cavabını veriblər. Bir sözlə, uşaqlar təlaşla bizə zəng vurdular ki, narkomanlar həyətdə uşaqlara nəsə təklif edirlər. Öz aralarında isə danışırlarmış ki, uşaqları maşına basıb aparsınlar. Demək istədiyim budur ki, belə hallar çox kütləviləşib”.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, məsələ araşdırılır:

“Artıq sözügedən məsələ barədə məlumatlıyıq, müvafiq araşdırma aparılır”.

https://azadsoz.com/M0/1/2021/08/images/20210812_130542_1628759142_e6ec6f2308.jpg

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44