Cümə axşamı, 02 May

“Onun heykəlini zibillikdə görəndə ürəyim getmişdi” – Flora Kərimova 

image

Sosial şəbəkələrdə daha çox müzakirə olunan mövzulardan biri də insanlara öləndən sonra qiymət verilməsidir. Dünyasını dəyişən kimi adına küçə, univermaq, universitet və ya məktəb salınır.

Aparılan araşdırmalara görə, digər ölkələrdə bu cür deyil. Sağkən həmin şəxslərin adı küçəyə, univeristetə verilir. Maraqlıdır, Azərbaycanda insanlara niyə öləndən sonra qiymət verilir? Bunun səbəbi nədir? Sağkən adları hansı səbəbdən əbədiləşdirilmir?

Xalq artisti Flora Kərimova insanların adına, fəaliyyətinə hörmət və sevgidən başqa heç nə lazım olmadığını deyib:

“İnsanların adına, fəaliyyətinə hörmət və sevgidən başqa nə vermək olar ki?! Bu hissiyyatlar sünidir. Əbədiləşdirib sonra da götürüb harasa atılması nə dərəcə doğrudur?!

Bəhram özünü öldürəndən sonra yenidən yerinə qaytardılar. Buna əbədiləşdirmək deyilirsə, beləsi heç kimə lazım deyil. Əbədiləşdirmək heykəl qurmaqdırsa, onun üstünü toz basıb, quşlar çirkləndirəcəksə, belə əbədiləşdirmək heç kəsə lazım deyil”.

Xalq artistinin sözlərinə görə, əbədiləşdirmək nəyinsə üstündə qurulmamalıdır:

“Əbədiləşdirmək insanların ürəyində, hafizəsindədir. Onların ruha, dünyasını dəyişmiş insana hörmətində olur. Bu əbədi, solmaz əbədiləşdirməkdir. Bu münasibət heç nəyin üstündə qurulmur, dəyişilmir. İnsanların, millətin, xalqın münasibəti heç bir hissiyyatla bartera girmir. Millət sevgiyə layiq olan insanı sevir. Onu öz düşüncəsində əbədiləşdirir. Elə hörmətin özü də əbədiləşdirməkdir”.

F.Kərimovanın fikrincə, abidə ucaldılıb bir müddətdən sonra zibilliyə atılırsa, buna əbədiləşdirmək demək olmaz:

“Biz nə qədər görmüşük ki, abidə ucaldılır bir müddətdən sonra yaddan çıxır, sökülür. Tağıyevin büstünü, heykəlini zibillikdə görəndə ürəyim getmişdi. Niyə belə olur axı?

Millət özü yada salır. Yaddaşdan silinməyən, millətin qədrini bilənin millət də qədrini bilir. Sevgisi ilə yaşadır, əbədiləşdirir, ona heykəl qoyur. Ondan sonra da sevginin basqısı altında qurumlar hərəkətə gəlirlər, o sevginin qarşısında dura bilmirlər. O da sırf bəzi insanlara xoş gəlmək üçündür. O qayğının içində eqoizm, özünə olan qazanc var”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15