Cümə axşamı, 02 May

Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 19 nəfər yaralanıb - YENİLƏNİB - VİDEO

image

Rusiyada universitetdə atışmada yaralananların sayı dəqiqləşdirilib.

Məlumata görə, Perm Dövlət Milli Araşdırmalar Universitetində atışmada 19 nəfər yaralanıb.

İstintaq Komitəsindən insident nəticəsində 8 nəfərin həlak olduğu açıqlanıb.

Hadisəni tələbələrdən birinin törətdiyi bildirilir. O, saxlanılan zaman polisə müqavimət göstərib. Polis onu atəşlə yaralayaraq ələ keçirib.

Yaralılara yardım üçün Moskvadan Permə təyyarə ilə tibbi ləvazimatlar göndərilib.

saat 11:27

Perm Dövlət Milli Araşdırmalar Universitetində tələbə travmatik silahdan atəş açıb.

Xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölənlərin olduğu barədə məlumat yayıb.

Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, hadisə nəticəsində 10-dan çox şəxs yaralanıb.

Rusiya İstintaq Komitəsinin məlumatına görə, travmatik silahdan atəş açan şəxs adıçəkilən ali məktəbin tələbəsi olub və o saxlanılıb.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15