Cümə axşamı, 02 May

Rəqsanə İsmayılova: “Həmin vaxt buna icazə yox idi”

image

Müğənni Rəqsanə İsmayılova paylaşımı ilə diqqət çəkib.

Xəbər verilir ki, sənətçi şəxsi instaqram hesabında populyar mahnısı “Bivəfa”nın klipini yayımlayıb.

Kliplə bağlı bəzi detalları da açıqlayan Rəqsanə, icazə verilmədiyi halda bu kompozisiyanın hərbi hissədə ekranlaşdırıldığını bildirib:

“Bivəfa”nın klipi məni çox uzaqlara apardı. Çünki bu mahnının çox insanlarda xatirəsi var. Bir zamanlar bu mahnı daha çox əsgərlərimizin dilində əzbər olmuşdu. Çünki klipdə əsgərlərimizi çəkmişdik.

Çəkilişlər Lənkəranda “N” saylı hərbi hissədə olmuşdu. Amma həmin vaxt buna icazə yox idi. Hər bir mahnı hər insana bir xatirə bağışlayır. O vaxt mənlə dostum, produser Tarix Əliyev çalışırdı.

Həmin vaxt ağlıma da gəlmirdi ki, böyük komanda ilə hazırladığımız bu mahnı belə seviləcək və dillər əzbəri olacaq”.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15