Bazar, 05 May

Ağdam sakini minaya düşüb öldü

image

Ağdam rayon sakini minaya düşərək həlak olub.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, hadisə saat 17 radələrində rayonun Təzəkənk kəndi ərazisində baş verib.

Kənd sakini, 41 yaşlı Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.

Hazırda polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Təzəkənd kəndi Vətən Müharibəsi dövründə azad edilən ərazilərə daxil deyil. Bu kənddə daha əvvəl də yaşayış olub.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15