Bazar, 05 May

İsraildən Türkiyə açıqlaması: “Bu, həqiqəti əks etdirmir

image

İsrail Xarici İşlər Nazirliyi Milli Təhlükəsizlik Şurasının Türkiyədəki İsrail vətəndaşlarına ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq etdiyinə dair xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

Xəbər verilir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Haytat “Anadolu”ya açıqlamasında deyib.

Haytat “Arutz Şeva” və İsrail İctimai Televiziyasının internet saytlarında yayımlanan “Milli Təhlükəsizlik Şurası Türkiyəyə yeni səyahət xəbərdarlığı edib və İsrail vətəndaşlarının bu ölkəni tərk etmələri lazımdır” iddialarını təkzib edib.

Türkiyəyə əvvəlki səyahət xəbərdarlığının qüvvədə qaldığını bildirən Haytat bunun mövcud vəziyyətlə əlaqəli olmadığını qeyd edib.

İsrail Milli Təhlükəsizlik Şurası 2017-ci ilin sentyabrında Türkiyəyə qarşı terror hücumlarından narahat olduqlarını iddia edərək səyahət xəbərdarlığı edib və vətəndaşlarından mümkün qədər tez ölkəni tərk etmələrini istəyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15