Bazar ertəsi, 06 May

Siyavuş Novruzov Nəcməddin Sadıkovu müdafiə etdi: “Xainliyini harda görmüsünüz?“

image

"Nəcməddin Sadıkov baş leytenant olan vaxtdan Qarabağdakı döyüşlərdə iştirak edib".

Xəbər verilir ki, bunu deputat Siyavuş Novruzov Musavat TV-nin canlı yayımında deyib.

S.Novruzov məhkəmə qərarı olmadan Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıkovla bağlı ittihamlar barədə heç bir söz deyə bilməyəcəyini qeyd edib:

"Onun haqqında məhkəmə hökmü olmasa, heç birimiz söz deyə bilmərik ki, rüşvətxordur, korrupsionerdir, agentdir, xaindir və s. Axı mən hardan bilim? Mən deyə bilmərəm. 3 adam çağırın, gəlsinlər cavab versinlər ki, harada görmüsən onun xainliyini? Cavab verə bilməyəcək". 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15