Çərşənbə, 15 May

Çin lideri görüşdə Baydeni hədələdi: “Odla oynama, yanarsan”

image

Çin dövlət başçısı Si Cinpin amerikalı həmkarı Co Baydenə Tayvanı müstəqil olmağa təşviq etməyin “odla oynamaq” olduğunu deyib.

Xəbər verilir ki, Pekin-Vaşinqton xəttində münasibətlər gərgin olsa da, Bayden və Cinpin videoformatda görüş keçirib.

Tayvanın müstəqilliyini dəstəkləməkdən danışan Si Cinpin söyləyib: “Belə davranışlar odla oynamaq kimi çox təhlükəlidir. Kim oynasa, yanacaq”.

Görüşlə bağlı Ağ Evin açıqlamasında isə deyilib:

“Prezident Bayden status-kvonu dəyişdirəcək və ya Tayvan boğazında sabitliyi pozacaq birtərəfli addımlara qəti şəkildə qarşıdır”.

Tayvanla bağlı sərt bəyanatlara baxmayaraq, liderlər görüşün əvvəlində bir-birlərini səmimi qarşılayıblar. Cinpin deyib ki, o, “köhnə dostu” Baydeni görməkdən xoşbəxtdir.

İki liderin həmişə bir-biri ilə çox dürüst ünsiyyət qurduğunu qeyd edən Bayden isə bildirib: “Masadan qalxdığınız zaman qarşı tərəfin nə düşündüyü ilə bağlı beyninizdə sual işarəsi qalmır”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00