Bazar ertəsi, 13 May

Bakı və Qusarda qaz olmayacaq

image

Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinə məxsus “Yeni Binə” qazpaylayıcı şəbəkəsində aparılacaq təmirlə əlaqədar bu gün saat 09:00-dan etibarən işlər başa çatana qədər Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun - Binə və Qala qəsəbələrinin təbii qazla təchizatı dayandırılıb.

Bu barədə Azəriqaz İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, həmçinin Qusar rayonunun qaz təchizatının yaxşılaşdırılması üçün Təmiz Qaz QSC-nin apardığı texniki baxış nəticəsində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması səbəbindən saat 09:00-dan işlər başa çatana qədər “Qusar” qazpaylacıyı şəbəkəsi ilə təchizat dayandırılıb. Qusar şəhərinin və rayonun 16 kəndinin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” müvəqqəti narahatçılığa görə abunəçilərdən üzr istəyib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44