Bazar, 07 İyul

NATO-dan Rusiyaya MESAJ: “Kremlin bu məsələyə veto qoymaq və ya səs vermək hüququ yoxdur”

image

“Rusiya tərəfinin öz sferasına təsir etməyə haqqı yoxdur”.

Xəbər verilir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun fikrincə, Moskva Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına mane olmamalıdır. Çünki bu qərar yalnız Kiyevdən və assosiasiyada iştirak edən ölkələrdən asılıdır:

“Rusiyanın bu məsələyə veto qoymaq və ya səs vermək hüququ yoxdur. Kremlin həmçinin qonşularına nəzarət etməyə çalışaraq onları təsir dairəsinə salmaq haqqı da mövcud deyil. NATO-nun suveren ölkələrə dəstəyinin təxribat olması fikri isə yanlışdır” – deyə Stoltenberq bildirib.

Beləliklə, NATO Rusiyaya aydın mesaj ötürür ki, Alyans şərqə doğru genişlənməyəcəyinə dair zəmanət verməyəcək və Moskva ilə təhlükəsizlik sahəsində dialoq aparmayacaq.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15