Cümə axşamı, 02 May

“Yoxsulluq və aclıq artmaqdadır” - Antonio Quterreş

image

“Dünyamız yolayrıcındadır COVID-19 pandemiyası, iqlim böhranı və rəqəmsal texnologiyanın həyatımızın bütün sahələrinə yayılması insan hüquqları üçün yeni təhlükələr yaradıb”.

Xəbər verilir ki, bu BMT Baş katibi Antonio Quterreşin Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə yaydığı müraciətdə bildirilir.

Baş katib qeyd edir ki, təcrid olunma və ayrı-seçkilik geniş vüsət alıb, ictimai fəaliyyət üçün imkanlar daralır: “Yoxsulluq və aclıq son onilliklər ərzində ilk dəfədir ki, artmaqdadır. Milyonlarla uşaq təhsil hüququndan məhrum olur. Bərabərsizlik dərinləşir. Lakin biz fərqli yol seçə bilərik. 73 il əvvəl bu gün BMT-nin Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib. Bu sadə Bəyannamədə öz əksini tapan müddəalar hər kəs üçün bütün insan hüquqlarını, o cümlədən mülki, iqtisadi, mədəni, sosial və siyasi hüquqları ilə təmin etmək üçün əsas vasitə olaraq qalır. Pandemiyadan bərpa prosesi insan hüquqları və azadlıqlara dair imkanları genişləndirmək, həmçinin inamı bərpa etmək üçün fürsət olmalıdır.

Qanunlar və təsisatların ədalətinə və qərəzsizliyinə inam.Ləyaqətli bir həyatın əlçatan olmasına inam. İnsanlara ədalətli məhkəmə araşdırması və şikayətlərinin dinc yolla həll olunmasına inam. BMT bəşəriyyətin hər bir fərdinin hüquqları üçün mübarizə aparır. Bu gün və hər gün biz hamı üçün ədalət, bərabərlik, ləyaqət və insan hüquqları uğrunda çalışmağa davam edəcəyik. İnsan Hüquqları Gününüz mübarək”.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15