Bazar ertəsi, 13 May

Sülhməramlılar Qarabağda nə qədər qalacaq? - Səfirdən mühüm açıqlama

image

"Rusiya sülhməramlılarının Qarabağda olması bu regionda insanların təhlükəsizlik hissi ilə yaşamasına mühüm töhfədir".

Xəbər verilir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib.

Səfirin sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin rolunu və əhəmiyyəti misilsizdir.

“Konkret razılaşmalar və sülhməramlı kontingentimizin konkret fəaliyyəti var. O, insanların bu bölgədə təhlükəsizlik hissi və gələcəyə baxışı ilə yaşamasını təmin etmək üçün mühüm töhfə verir. Bu, həqiqətən də belə çətin vəziyyətdə sülhün və pozitivliyin ciddi və mühüm amilidir”, - diplomat bildirib.

Tərəflərin gələcək addımları və sülhməramlıların Qarabağda qeyri-müəyyən müddətə qalması ehtimalından danışan diplomat deyib:

"Bunu həyat göstərəcək”.

Xatırladaq ki, tərəflərin əvvəlcədən razılığı ilə Rusiya sülhməramlıları 5 il müddətinə Qarabağ ərazisinə yerləşdirilib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00
image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44