Cümə axşamı, 02 May

“Ermənilər özlərindən arxayın idilər, amma Azərbaycan...” – Amerikalı polkovnik

image

Suriya, Liviya və Azərbaycandakı (Qarabağ) hərbi əməliyyatlarda əldə etdiyi uğurlarla adından söz etdirən Türkiyə istehsalı PUA-lar dünyanın gündəmindən düşmək bilmir.

Xəbər verilir ki, bu dəfə ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Skott Krino türk PUA-larının Qarabağdakı 44 günlük müharibədəki uğurlarına diqqət çəkib.

Qeyd edək ki, Krino ordu zabiti, pilot, əməliyyatları üzrə tədqiqat analitiki və ABŞ Müdafiə Nazirliyinin məsləhətçisi kimi tanınır.

PUA-ların müharibələrdəki təsirləri haqda danışan Krino söyləyib:

“PUA-ların Yaxın Şərq və Şimali Afrikadakı qarşıdurmalardakı təsiredici rolunu görməzlikdən gəlmək olmaz. Bunlar müharibənin gedişatını dəyişdirə biləcək texnologiyaya sahib silahlardır. Müharibələrin gələcəyi baxımından PUA-lar böyük önəmə malikdir”.

Amerikalı polkovnik Türkiyə istehsalı “Bayraktar TB2” dronlarına da diqqət çəkib:

“Bu PUA-ların istifadəsi ilə bağlı ən təəccüblü inkişaf keçən il Azərbaycan və Ermənistan arasında gedən müharibədə baş verdi. Azərbaycanın bu müharibədə pilotsuz uçan aparatlarından istifadə etməsi Azərbaycanın mübahisəsiz qələbəsinin əsas açarı idi. Ermənilər əvvəlcə arxayın idilər. Amma azərbaycanlılar “Bayraktar TB2”lərdən istifadə etməyə başladıqdan sonra havada üstünlüyü ələ keçirərək müharibənin gedişatını dəyişdilər. “Bayraktar TB2”lər Ermənistanın ağır zirehli texnikalarını darmadağın etdi”.

Aftafa.tv

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15