Bazar ertəsi, 13 May

Gələn həftə Məzahir Pənahovun səlahiyyət müddəti başa çatır

image

Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyət müddəti başa çatır.

Verilən xəbərə görə, REAL Partiyanın sədri İlqar Məmmədov deyib ki, Milli Məclisə rəsmi məktub yazıb.

“Dedim ki, MSK-dakı 18 yerdən 6 yer parlamentdəki 10 partiyanındır, YAP xaric. 8 partiya uzun illərdir, orada təmsil olunur, biz isə təmsilçiliyi təzə qazanmışıq və haqqımız ən azından 1 yerə çatır. MSK-nın işində gizli bir şey yoxdursa, niyə də o yer bu dəfə bizim olmasın? 15 apreldə MSK-nın indiki tərkibinin səlahiyyətləri sona çatır. Yəni 1 həftə ərzində hansısa cavab alacağıq.

Çox da nikbin deyiləm, amma haqqımızın tanınması düzgün addımlardan daha biri olardı.Yeri gəlmişkən, müstəqil deputatları təmsil edən 6 MSK üzvündən biri parlament azlığı ilə razılaşdırılmalıdır. O razılaşdırmada da öz sözümüzü demək niyyətindəyik” – İ.Məmmədov qeyd edib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00