Çərşənbə axşamı, 09 İyul

Axtarış

Ukraynay” üzrə 1119 nəticə tapıldı

03.05.2023 - 16:11

Zelenski Finlandiyaya getdi

Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyaya rəsmi səfərə gedib. Bu barədə Ukrayna KİV-ə istinadən xəbər verir. Məlumata görə, Zelenski finlandiyalı həmkarı Sauli Niinistö və bir-sıra rəsmi şəxslərlə görüşəcək. Görüş zamanı tərəflər Finlandiyanın Ukraynaya dəstəyini, ölkələr arasında ikitərəfli münasibətlər və qlobal geosiyasi vəziyyəti müzakirə edəcəklər. Danışıqlar başa çatdıqdan sonra prezidentlər


01.05.2023 - 13:34

Ukraynada ölkə boyu hava döyüşü: Azərbaycanlılar yaralandılar - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada bütün ölkə boyu hava həyəcanı siqnalı verilib. “Ardınca Rusiyanın Ukraynaya növbəti genişmiqyaslı hava hücumu qeydə alınıb. Budəfəki hücum zamanı təkcə dronlardan və Xəzər dənizindən buraxılan raketlərdən deyil, Rusiyanın Murmansk vilayətindən qalxan bombardmançı təyyarə


01.05.2023 - 10:08

Rusiya Ukraynada daha 450 hərbçisini itirdi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 450 hərbçisini itirib. Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 190 960 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 1 tank, 3 zirehli döyüş maşını, 7 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, ötə


28.04.2023 - 16:29

Şoyqu:” Bütün NATO ölkələrinin hərbi potensialı Rusiyaya qarşı səfərbər edilib”

“Qərb Rusiyaya qarşı mübarizəyə çoxdan hazırlaşırdı”. Xəbər verilir ki, bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. O, bütün NATO ölkələrinin hərbi potensialının Rusiyaya qarşı səfərbər edildiyini vurğulayıb. Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısında çıxış edən Şoyqu ABŞ-ın rəhbərliyi altında


28.04.2023 - 10:02

Rusiya Dneprə zərbə endirib, 2 nəfər həlak olub

Rusiyanın aprelin 28-də səhər saatlarında Ukraynaya genişmiqyaslı raket hücumu nəticəsində Dnepr şəhərində iki nəfər həlak olub. Xəbər verilir ki, bu barədə şəhərin meri Boris Filatov teleqramda bildirib. “Rusiya işğalçı ordusunun Dnepr boyunca raket hücumu gənc qadın və üç yaşlı uşağın ölümü ilə nəticələnib”, - Filatov sosial şəbəkədə qeyd edib. Xatırladaq ki, daha öncə cəbhədən uzaqda yerləşən Uman şə


28.04.2023 - 09:23

Zelenski Britaniyanın lider olması üçün çağırış etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanı Ukrayna üçün hava koalisiyasının formalaşdırılmasında liderliyi öz üzərinə götürməyə çağırıb. Bu barədə dövlət saytında məlumat verilib. Zelenski bu barədə Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Timoti Barrou ilə görüşündə deyib. Zelenski Ukraynaya müdafiə dəstəyi məsələsində Böyük Britaniyanın liderlik mövqeyini


26.04.2023 - 21:42

Sloveniya Ukraynaya 20 ədəd ZDM verib

Sloveniya hökuməti tam məxfilik şəraitində Ukraynaya 20 ədəd “Valuk” zirehli döyüş maşını (ZDM), Avstriyanın “Pandur” maşınlarının analoqu olan texnika verib. Xəbər verilir ki, bu barədə Sloveniyanın “24UR” xəbər portalı mənbələrinə istinadən məlumat yayıb. “Sloveniyanın belə ianəsinin rəsmi təsdiqini almamışıq və yəqin ki, bir müddət daha bu barədə məlumat almayacağıq. Amma mənbələrimiz Ukraynaya tədarükü


24.04.2023 - 09:58

Polşa və Slovakiya Ukraynaya nasaz qırıcılar təhvil verib

Polşa və Slovakiya nasaz təyyarələri Ukraynaya təhvil verib. Bu barədə “The Economist” yazıb. Məlumata görə, bu ölkələr son vaxtlar Ukraynaya 8 ədəd MiQ-29 göndərib. Lakin məlum olub ki, onların əksəriyyəti nasazdır. Ona görə də qırıcıları söküb ehtiyat hissələri üçün istifadə etmək lazım gəlib. “Ukraynanın yeni hava donanmasına ehtiyacı var”, - nəşr əlavə edib. Bundan əlavə, Ali Radanın


23.04.2023 - 21:06

İlon Mask Ukraynaya 100 milyon dollar göndərib - FOTO

İlon Mask bazar günü Ukraynaya 100 milyon dollar verdiyini açıqlayıb. “Ukraynaya 100 milyon dollar bağışladım, bəs siz nə qədər ianə etdiniz? Yeri gəlmişkən, biz ABŞ Müdafiə Nazirliyinin vəsaitini də rədd etdik” deyə o, yazıçı Stiven Kinqə cavab olaraq “Twitter” hesabında yazıb. Qeyd edək ki, yazıçı Maska Ukraynaya yardım edən fondun səhifəsinə mavi işarəni geri qaytarmağı, həmçinin işarənin satışından əldə ediləcək gəliri


21.04.2023 - 19:46

Zelenski NATO-nun Vilnüs sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində iştirak edəcək. Xəbər verilir ki, bu haqda NATO-nun Baş katibi Yens Stoltenberq açıqlama verib. Rusiya-Ukrayna müharibəsindən sonra ilk dəfə dünən Ukraynaya səfər etdiyini xatırladan Stoltenberq, “Prezident Zelenski ilə iyulda Vilnüsdə keçiriləcək NATO Zirvə toplantısına hazırlığı da müzakirə etdik. Mən onu sammitin toplantısına dəvət etdim.


21.04.2023 - 17:25

Bu ölkə Kiyevə 28,9 milyon dollarlıq yardım paketi ayırdı

Kanada hökuməti Ukraynaya 39 milyon Kanada dolları (28,9 milyon ABŞ dolları) dəyərində yeni hərbi yardım paketini elan edib. Xəbər verilir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb. Bununla yanaşı, 40 snayper tüfəngi və 16 rabitə vasitəsi Kiyevə yardım üçün NATO fonduna daxil edilib.


21.04.2023 - 12:50

NATO Ukraynaya 55 milyard dollarlıq hərbi yardım edib

NATO alyansı Ukraynaya 55 milyard dollarlıq hərbi yardım edib. Xəbər verilir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib. Nazir qeyd edib ki, NATO ölkələri Ukraynada müharibə başlayandan indiyə qədər Rusiyaya qarşı mübarizə aparması üçün Ukraynaya hərbi yardım çərçivəsində 55 milyard ABŞ dolları dəyərində silah-sursat göndərib.


Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15