Çərşənbə, 26 İyun

Axtarış

Vaksin” üzrə 948 nəticə tapıldı

19.06.2021 - 12:18

"AstraZeneca" 500 milyon avro cərimə oluna bilər

Brüsseldə məhkəmə "AstraZeneca" əczaçılıq şirkətinin Avropa İttifaqına 50 milyon doza vaksin tədarük etməsi barədə hökm çıxarıb. Xəbər verilir ki, şirkət qeyd olunan həcmdə vaksini sentyabrın 27-dək təhvil verməlidir. Qərarın icra olunmayacağı təqdirdə, "AstraZeneca" 500 milyon avroyadək cərimə ödəməli olacaq. Qayda pozulacağı təqdirdə cərimə hər vaksin dozası üçün 10 avroya bərabər olacaq. Brüssel məhkəməsi "AstraZeneca"nın


18.06.2021 - 20:00

TƏBİB-dən peyvəndlə bağlı AÇIQLAMA

“6 aydan sonra koronavirus əleyhinə təkrar vaksinin vurulması ilə bağlı hələ ki, bir qərar yoxdur”. Xəbər verilir ki, bu barədə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva TƏBİB-in feysbuk səhifəsində canlı yayımda bildirib. O qeyd edib ki, bu sualın cavabı 3-cü rübün sonuna yaxın, klinik çalışmaların nəticəsi açıqlandıqdan sonra bəlli olacaq: “Bu gün üçün belə bir qə


18.06.2021 - 17:55

Bakıda evlərin qiyməti bahalaşıb  - Səbəblər

COVİD-19 virusu dünyanın əsas problemi olaraq qalır. Amma ötən illə müqayisədə yolxuma hallarının azalması və vaksinasiya iqtisadi sahəyə canlılıq gətirib. Maraqlıdır, son həftələrdə yoluxmanın azalması və iqtisadiyyatın bərpasının sülrtlənməasi fonunda daşınmaz əmlak bazarında vəziyyət necədir? Mənzil bazarında artma yoxsa azalma müşahidə olunur? Xəbər verilir ki, daşınmaz əmlak məsələləri üzrə


18.06.2021 - 12:13

Azərbaycanda bu şəxslərə peyvənd vurulmadan ömürlük sənəd verilə bilər 

"Müəyyən ölkələrə və qapalı məkanlara getmək üçün ya vaksin vurdurmalıyıq, ya da immunitet sertifikatına malik olmalıyıq. Toyların da yaxın zamanlarda açılacağı gözlənilir. Həmin vaksin vurduran və immunitet sertifikatı olanlar toylara gedə biləcək". Xəbər verilir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı?" verilişində qonaq olan tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə bildirib. "Bəzi insanlar üçün vaksinasiya əks göstərişdir.


17.06.2021 - 20:50

“Turizm sürətlə bərpa olunacaq” – Ekspert

“Bu yay harasa gedəcəksinizmi?” Artıq bu sualı yenidən eşitməyə başlayırıq. Demək, həyat tədricən axarına dönməyə başlayır və insanlar dincəlmək, istirahət, başqa sözlə, turizm haqqında düşünməyə başlayırlar. COVİD pandemiyasının ən ağır zərbə vurduğu sahələrin başında turizm gəlirdi. Keçən il dünyada bu sahə təxminən 75% tənəzzül edib. Sö


16.06.2021 - 19:00

Daha bir qadağa götürülür: İyunun 21-dən...

İyunun 21-dən daha bir sıra ölkələrin vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə veriləcək. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir. Məlumatda deyilir: “Ölkəmizdə həyata keçirilən sistemli tədbirlər, həmçinin uğurlu vaksinasiya proqramı nəticəsində Azərbaycanda epidemioloji vəziyyət yaxşılaşmaqda davam edir. Bununla əlaqədar,


16.06.2021 - 15:16

Bu ölkə COVID-19 epidemiyasının bitdiyini ELAN ETDİ

Sloveniyanın Səhiyyə Nazirliyi ölkədə COVID-19 epidemiyasının bitdiyini açıqlayıb. Xəbər verilir ki, əhalinin vaksinasiyası və bəzi məhdudlaşdırıcı tədbirlər hələ davam edəcək. Belə ki, qapalı məkanlarda qoruyucu maska taxma tələbi, eyni zamanda müəssisələrdə insanların sayı ilə bağlı məhdudiyyətlər və məsafəni qoruma tələbi hələ qalır. Bundan başqa "qırmızı zona” ölkələrinin mütə


15.06.2021 - 18:16

Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır

Azərbaycanda son sutkada 40705 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 31850 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 8855 nəfərdir. Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2816346 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1842954 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanları


15.06.2021 - 12:14

İsraildə maska taxmaq tələbi ləğv edildi

İsrail Səhiyyə Nazirliyi COVID-19-a yoluxma sayındakı azalmalar səbəbilə bu gündən etibarən qapalı yerlərdə maska ​​taxma tələbini ləğv edib. Xəbər verilir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Bununla belə, bəzi hallarla bağlı istisnalar var. Belə ki, karantinə göndərilənlər, heriatriya müəssisələrinin işçiləri və pasiyentləri üçün maska taxmaq məcburi olaraq qalacaq. Qeyd olunur ki, hansı xəstələr


14.06.2021 - 11:17

Agentlik "Leyla Medical Center"dəki növbə qalmaqalına aydınlıq gətirdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Musavat.com-da iyunun 11-də dərc olunan yazı ilə bağlı açıqlama verib. Agentlikdən verilən məlumatda bildirilib ki, randevu sistemi "Leyla Medical Center" tərəfindən tənzimlənmir: "Bildirmək istəyirik ki, ölkəmizdə “COVID-19” infeksiyası əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq  peyvəndlənmə prosesi davam edir. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyə


12.06.2021 - 17:48

Ölkəmizdə koronavirusa qarşı peyvənd olunanların sayı açıqlandı - Foto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 844 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 471, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 373 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 742 867, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 783 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 959 361 təşkil edir.


11.06.2021 - 16:10

Yaxın günlərdə toylara icazə veriləcək?- Rəsmi münasibət  

Son günlər Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayının kəskin azalması və vaksinasiyaya başlanılması pandemiyaya görə tətbiq edilən qadağalarn yumşalmasına səbəb olub. Artıq ötən gün məscidlər, idman zalları, böyük AVM-lər öz fəaliyyətini bərpa edib. Lakin toyların keçirilməsi ilə bağlı tətbiq edilən qadağalar hələ də qüvvədə qalır. Zaman-zaman sosial şəbəkələrdə toylara


Xəbər lenti

image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39