“Kanada” üzrə 213 nəticə tapıldı
Kanada sahillərində güclü zəlzələ olub. Xəbər verilir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. 5.6 bal gücündə olan zəlzələnin episentri əhalisi təxminən 2 min nəfər olan Port-Makneyll şəhərindən 228 km qərbdə yerləşib. Zəlzələ 10 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib.
Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişellə Kanada xarici işlər naziri Melani Joli arasında görüş baş tutub. Xəbər verilir ki, bu barədə Melani Joli özünün X səhifəsində məlumat verib. “Balkanlarda genişlənmə, Qarabağ “münaqişəsi” (Qarabağda münaqişənin artıq keçmişdə qaldığını Kanada XİN bilmək istəmir – red.) və Haiti böhranının həlli yolları haqqında danışdıq”, - Joli
Kanada Rusiyada 4 fiziki şəxsə və 29 quruma sanksiya tətbiq edib. Xəbər verilir ki, bu barədə Kanadanın Baş naziri Castin Trudo məlumat verib. Trudonun sözlərinə görə, sanksiyalar Rusiya Federasiyasının hərbi-sənaye, maliyyə və nüvə sektorları ilə məşğul olan şirkət və müəssisələrə təsir edəcək.
ABŞ Ukraynanı Rusiyadan, Tayvanı isə Çindən qorumaq missiyasını həyata keçirməyə çalışır. “Faynənşl Tayms” qəzetində yayımlanan məqalədə Vaşinqtonun Ukrayna üçün əlavə büdcə ayırdığı və bunun bir hissəsinin Tayvanın silahlanmasına sərf edilə biləcəyi yazılıb. ABŞ Konqresində bununla bağlı qərar verilməlidir. Vaşinqton Çinin artan hərbi gücü qarşılığında Tayvana silah tədarükünü artırmağı planlaşdırıb. Əgər Konqres
Hazırda Qarabağdan gedənlərin əksəriyyəti, çox güman ki, müharibədə iştirak edən şəxslərdir. Sülhməramlıların nəzarət etdiyi ərazidə yaşayan erməni separatçılardan hər hansı birinin Azərbaycana qarşı cinayət törətmədiyinə inanmıram. Bu sözləri politoloq Turab Rzayev Rusiya vətəndaşlığını qəbul etmiş ermənilərin Qarabağı tərk etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə gö
ƏDV vergisindən dünyanın bir çox ölkəsində istifadə olunur: Latın Amerikası, İndoneziya, Türkiyə, demək olar ki, bütün Avropa ölkələri, Cənubi Amerikanın bir sıra ölkələri və s. Kanada və ABŞ-da yığım üsuluna görə ƏDV-yə yaxın olan satış vergisi tətbiq edilir. ƏDV-nin bölgüsü bu verginin bazar iqtisadiyyatının tələblərinə cavab verdiyini göstərir. ƏDV dərəcələrinin müəyyən edilməsində mü
Kanada Tehrana qarşı on üçüncü məhdudlaşdırıcı tədbirlər paketi çərçivəsində yeddi iranlıya qarşı sanksiya tətbiq edib. Xəbər verilir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Sanksiyaya məruz qalan şəxslərin siyahısına İranın Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) katibi general Əli Əkbər Əhmədian, aviasiya sənayesi təşkilatının rəhbəri Əbdülkərim Bani Tərəfi və İran hü
Kanadanın baş naziri Castin Trüdo və həyat yoldaşı Sofi Qrequar boşandıqlarını açıqlayıblar. Xəbər verilir ki, bu barədə BBC məlumat yayıb. Bildirilir ki, boşanma razılaşmasına baxmayaraq, baş nazir və keçmiş xanımı ictimaiyyət qarşısına çıxaraq açıqlama verəcəklər. Castin Trüdo və Sofi Qrequar 2005-ci ildə evləniblər və onların üç övladı var.
Kanadada içində 6 nəfərin olduğu tək mühərrikli Piper PA-32 sərnişin təyyarəsi qəzaya uğrayıb. Xəbər verilir ki, bu barədə Kanada Kral Atlı Polisi (RCMP) açıqlayıb. Məlumata görə, Kalqari şəhərinin qərbindəki dağlıq ərazidə yerləşən Kananaskisdə qəzaya uğrayan təyyarənin bütün sərnişinləri ölüb. Kanada Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdı
Cənubi Qafqazda geosiyasi vəziyyətin yaratdığı reallıq Azərbaycanın xeyrinə inkişaf etdikcə, regionda maraqlı qüvvələrin rolu da dəyişir. Münaqişənin həll olunma mexanizminin əngəllənməsi də həmin qüvvələrin maraqlarına xidmət edir. Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrəndik. Politoloq bildirdi ki, regionda öz maraqlarını təmin etməyə çalışan qüvvələr var: “
Azərbaycanda vatsap tətbiqinin işində yaranan problem qismən aradan qalxıb. Xəbər verilir ki, tətbiqin ölkəmizdəki işində nöqsanlar qismən azalıb. Lakin bu, heç də bütün ölkələrə aid deyil. Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:15-də Azərbaycanda və bir sıra ölkələrdə vatsap messencer tətbiqində problem yaranmışdı. Problemin qlobal xarakter daşıdığı bildirilirdi. Tətbiqin fəaliyyətində problemlər müşahidə edilirdi. Öz növbəsində dü
Rusiyanın mümkün hücumuna qarşı NATO-nun gizli müdafiə planı 4400 səhifədən ibarətdir. Orada hücum zamanı alyans ölkələrinin nə etməli olduqları aydın şəkildə qeyd edilir. Xəbər verilir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Bildirilib ki, Avropada NATO qoşunlarının komandanı təhlükə zamanı hər hansı məsləhət almadan qərar qəbul edə bilər. Almaniya bu zaman əsas logistik mərkəz rolunu oynayacaq. Gə