Çərşənbə axşamı, 30 Aprel

Axtarış

Su” üzrə 17458 nəticə tapıldı

22.04.2024 - 20:34

Qazaxın 4 kəndi qaytarıldı, digər kəndlər nə vaxt qaytarılacaq? - Açıqlandı

Ötən həftə Ermənistan tərəfi Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılacağı ilə bağlı bəyənat yayıb. Bununla da delimitasiya və demarkasiya prosesində ilk mühüm addım atılmış oldu. Artıq hər kəs növbəti mərhələdə Qazaxın Ermənistanın içərisində anklav olan 3 kəndi (Yuxarı Əskipara, Barxudarlı və Sofulu) və Kərkinin qaytarılmasını gözləyir. Bəs görəsən Azərbaycana məxsus


22.04.2024 - 19:55

Arvadını döyüb öldürən qazaxıstanlı nazirin telefonu araşdırılacaq: Şifrəsi əldə edilib - FOTO

Qazaxıstanda vətəndaş nikahında olduğu Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən keçmiş nazir Kuandıq Bişimbayevin məhkəmə prosesi davam edir. Keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmədə araşdırılması üçün telefonunun şifrəsini məhkəməyə verməyə razılaşıb. Bu barədə keçirilən məhkəmə prosesi zamanı onun vəkili məlumat verib. Xatırladaq ki, hadisə 2023-cü il noyabrın 9-na keçən


22.04.2024 - 19:29

Türkiyədən idxal olunan mallar ucuzlaşacaq? - AÇIQLAMA

Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın ləğv edilməsinin mahiyyəti ondan ibarətdir ki, azərbaycanlı rezidentlər Türkiyədə fəaliyyət göstərirsə, Azərbaycanda və Türkiyədə vergiyə cəlb olunur. Bu barədə Trend-in suallarını cavablayarkən iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. O qeyd edib ki, azərbaycanlı rezident Türkiyədə vergiyə cəlb olunduğu zaman verginin məbləğinə dair Azərbaycana


22.04.2024 - 19:08

Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO

Tanınmış aparıcı Aytən Səfərovanı (Piriyeva) “Xəzər” TV-nin “Xəbər ertəsi” verilişində jurnalist Ruzanna Kərimli əvəz edib. Xəbər verilir ki, R.Kərimli artıq bu gündən işinin icrasına başlayıb. Xatırladaq ki, aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub.


22.04.2024 - 18:46

Gəncədə 28 yaşlı oğlan intihar etdi

Gəncədə intihar hadisəsi baş verib. Xəbər verilir ki, hadisə şəhərin Xudatrəfibəyli küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yaşayan 28 yaşlı Məzahir Nuriyev atasına məxsus ov tüfəngindən atəş açmaqla özünü öldürüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.


22.04.2024 - 17:10

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO

Bərdə şəhərinin Heydər Əliyev prospektində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələrinin yaşadıqları ərazi ilanların məskəninə çevrilib. Sakinlərin sözlərinə görə, burada tez-tez qızıl ilan və gürzələr gözə dəyir. “İndiyə qədər 7-8 ilan öldürmüşəm. Burada ilanlar doludur, divarın altından da çıxırlar”, - sakin Əziz Salmanov söyləyib. Ev sahibləri bildirirlər ki, ilanları


22.04.2024 - 16:25

TƏCİLİ! İrana məxsus qayıq sərhədimizi pozdu: Atəş açıldı 

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələri müşahidə edilib.  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhə


22.04.2024 - 15:18

Toivo Klaar İrəvanda səfərdədir

Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda səfərdədir. Xəbər verilir ki, Toivo Klaar Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanla görüşüb. Tərəflər Ermənistan-AB əməkdaşlığını və regional məsələləri müzakirə ediblər.


22.04.2024 - 15:16

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalistin sualı cavablandırarkən deyib. Belə ki, jurnalist Paşinyanın Azərbaycanla sərhəddə vəziyyətin dəyişdiyi, artıq orada cəbhə xəttinin


22.04.2024 - 15:01

Bekhemlər ailəsində nə baş verir? Gəlini Viktoriyanın ad günündə iştirak etmədi

Model Nikola Peltz-Bekhem qayınanası Viktoriya Bekhemin ad günü gecəsində iştirak etməməsinin səbəbini açıqlayıb. Xəbər verilir ki, o bu barədə sosial şəbəkə hesabında bildirib. Nikola Peltz-Bekhem xəstə nənəsi ilə vaxt keçirdiyi üçün şənliyə gəlmədiyini etiraf edib.Model qayınanasının 50 yaşını da təbrik edib. "Əziz Viktoriyam, ad günün mübarək. Mən sizi təbrik etmək və şəxsən qucaqlamaq üçün burada ola


22.04.2024 - 14:33

"Whatsapp"a yeni funksiya gəlir - FOTO

"WhatsApp" tərtibatçıları yeni funksiya təqdim etməyə hazırlaşırlar. Messencerin "Android" 2.24.2.20 yeniləməsi ilə tətbiqə əlavə olunacaq yeni bir xüsusiyyət açıqlanıb. "WhatsApp"da fayl paylaşımı dövrü "WhatsApp" yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. Bu yolla istifadəçilər internetsiz faylları paylaşa biləcəklər. Şirkət həmçinin paylaşılan faylların ş


22.04.2024 - 14:03

Sabah bəzi yerlərdə yağış yağacaq

Aprelin 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq.


Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42