Bazar, 19 May

Axtarış

olimpiada” üzrə 38 nəticə tapıldı

07.08.2021 - 16:11

Tokio Olimpiadası: Hacı Əliyev Azərbaycana ikinci gümüş medalı qazandırdı

Azərbaycan Tokio Olimpiadasında növbəti gümüş medalını qazanıb. 65 kq çəki dərəcəsində Rio Olimpiadasının mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev dünya və ikiqat Asiya çempionu Takuto Otoquro (Yaponiya) ilə qarşılaşıb. Gərgin keçən görüşdə meydan sahibi 5:4 hesabı ilə qalib gəlib. Bu, Azərbaycanın ikinci gümüş medalıdır.


07.08.2021 - 14:47

Tokio-2020: Azərbaycan daha bir medalı təmin edib - YENİLƏNİB 

Azərbaycan karateçisi İrina Zaretska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib. Xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız A qrupunda sonuncu görüşünü keçirib. Türkiyə təmsilçisi Məltəm Hocaoğlu ilə qarşılaşan İ.Zaretska rəqibini 4:0 hesabı ilə məğlub edib. Beləliklə, qrupda keçirdiyi görüşün 3-də qələbə qazanan və 1 qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi


06.08.2021 - 19:23

Tokio-2020: Azərbaycan ilk gümüş medalını qazanıb

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb. Xəbər verilir ki, olimpiada proqramına ilk dəfə salınan karate növündə Rafael Ağayev fəxri kürsünün ikinci pilləsinə qalxıb. 36 yaşlı idmançı finalda italiyalı Luici Busaya uduzub. Bununla da Ağayev ikinci yeri tutub.


06.08.2021 - 15:18

Tokio Olimpiadası: Rafael Ağayev ikinci görüşündə də qələbə qazandı

Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında mübarizəyə başlayıb. Xəbər verilir ki, 75 kq çəki dərəcəsində yarışan Rafael ikinci görüşündə Çuneari Yahiroya (Avstraliya) 5:0 hesabı ilə qalib gəlib. Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. Verilən məlumata görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı B qrupundakı ilk görüşündə Almaniya təmsilçisi Noa Biçlə üz-ü


04.08.2021 - 16:52

Tokio-2020: Azərbaycanlı güləşçi gümüş medal qazanıb

Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. Məlumata görə, 67 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda iranlı Məhəmmədreza Gerayi ilə qarşılaşıb. Rəqibinə 1:9 hesabı ilə uduzan Nəsibov fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qeyd edək ki, Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.


01.08.2021 - 15:54

Azərbaycan “Tokio-2020”də ikinci medalını qazandı

Azərbaycan boksçusu Alfonso Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib. Xəbər verilir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda son olimpiya çempionu kubalı Arlen Lopeslə üz-üzə gəlib. Rəqibinə məğlub olan Dominges olimpiadanın bürünc medalı ilə kifayətlənib. İlk raundda 5 hakimdən 4-ü Azərbaycan təmsilçisinin üstün olduğunu bildirib. İkinci hissədə isə 4 referi Lopesin leyhinə qərar çıxarıb. Dominges üçüncü raundda


01.08.2021 - 13:56

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir. Məlumata görə, avqustun ilk günündə 25 dəst medal sahibini tapacaq. Azərbaycan yığmasının üç idmançısı da mübarizə aparacaq. Bugünkü çıxış onlar üçün fərqli xarakter daşısa da, hər üç təmsilçimiz final arzusunda olacaq. Atletika yığmamız Tokioda Anna Skidanla debüt edəcək. Çəkicatanımız yarışdakı startını təsnifat mərhələsində gerçəkləşdirəcək. O, final mərhələsinə yüksələ


28.07.2021 - 09:15

"Azərbaycan idmançıları bu olimpiya oyunlarında geyindiyimiz uniforma ilə seçilir" - Fərid Mansurov

Azərbaycan milli komandasının Tokioda olan şef-de-missionu, Gənclər və İdman Nazirliyinin idman müdiri Fərid Mansurov, Olimpiya Oyunlarında Azərbaycan komandasının əhval-ruhiyyəsi, hazırlığı və idman növləri üzrə yeniliklər barədə danışıb. Oyunların açılışından əvvəl o, müsahibəsində həmçinin pandemiya şəraitindəki qaydalara necə əməl olunduğu izah edib. J: Oradakı əhval-ruhiyyəni bir az təsvir edərdiniz, orada indi nə baş verir? Fərid Mansurov: Bildiyiniz kimi


24.07.2021 - 14:24

10 idmançımız mübarizəyə qoşulur - Tokio-2020

Bu gün Azərbaycan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək. Xəbər verilir ki,  44 təmsilçidən 10-u yarışa qoşulacaq. Boksçulardan Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) 1/16 final mərhələsinin döyüşlərinə çıxacaqlar. Cüdoçulardan Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) medal qazanmağa çalışacaq. 100 metr məsafəyə batterflayda üzgüçü Məryəm Şeyxəlizadə Xangah, 400 metr qarışı


22.07.2021 - 12:41

Tokio-2020: Daha 12 nəfərdə koronavirus aşkarlandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 12 nəfər koronavirusa yoluxub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb. Yoluxanlardan ikisi Olimpiya kəndində məskunlaşan xarici idmançılar, 6 nəfər yaponiyalı, 4 nəfər isə xarici əməkdaşlardır. Qeyd edək ki, açılışı sabah olacaq Olimpiya Oyunlarında bir gün öncə 2 atletin də koronavirus testi müsbət çıxıb.


21.07.2021 - 16:59

Tokio-2020: Cüdoçularımız Yaponiyada məşqə çıxdı

Cüdo üzrə Azərbaycan millisi Yay Olimpiya Oyunları üçün Tokioda məşqə çıxıb. Verilən məlumata görə, hazırlıq prosesi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da komandanın məşqini izləyib. Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında bu idman növü üzrə yarışlara iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunacaq.


13.07.2021 - 18:56

ABŞ Çini uyğurlara qarşı soyqırımda ittiham etdi – Sanksiya xəbərdarlığı

Birləşmiş Ştatlar uyğurlarla və başqa etnik və dini azlıqlarla rəftarına görə Çini yenidən soyqırımda ittiham edib. Bu ittihamlar iyulun 12-də, Birma, Eritreya və Cənubi Sudana qarşı, onların münaqişələr zamanı həyata keçirdikləri etnik təmizləməyə görə sanksiya xəbərdalığı ilə birgə səsləndirilib. Bu bəyanatlar Bayden administrasiyasının Konqresə göndərdiyi “soyqırımın və qətliamların qarşısının alınması


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41